“İdarəetmə modelləri” kitabı artıq portalımızda!

Ünsiyyət, liderlik və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi üzrə məsləhətçi və təlim mütəxəssisi Mayk Kleytonun “İdarəetmə modelləri”  kitabı oxucuların ixtiyarına verildi!

Baş verənləri izah edən, baş verəcəkləri proqnozlaşdıran və nəticələrin əldə edilməsinin yollarını göstərən modellər və onlardan istifadə qaydaları “İdarəetmə modelləri” kitabında ətraflı izah olunur. Kitab təlimçi, kouç və fasilitatorlar üçün praktiki resurs, rəhbərlər üçün isə stolüstü vəsaitdir. Con Adeyrin icrayönümlü liderlik modeli, Brüs Takmenin komanda inkişafı və davranış modeli, Erik Bernin “valideyn-yetkin-uşaq” transaksiya təhlili nəzəriyyəsi və Con Boydun MİQİ (“OODA”) qərarvermə modeli də daxil olmaqla, nə az, nə də çox – düz 10 model əhatə olunub. Həmçinin həvaləetmə, motivasiya və ünsiyyətlə əlaqəli modellərdən də bəhs edilir. Müəllif Mayk Kleyton hər bir model üzrə problem təqdim edir (əvvəlcə qısa xülasə, ardından isə daha ətraflı izahat yer alır) və bu modelin həmin problemi necə həll etdiyini açıqlayır, istfadə yollarını başa salır və təcrübədə necə tətbiq edildiyini nümayiş etdirir.

Hər bir modelin sxematik təsviri və əlaqəli modellərə istinadlar praktiki yanaşamanı daha da gücləndirir. “Amazon”un “5 ulduzlu” şərhlərindən birində yazılır: “Mükəmməl bir kitabdır. Müəllif modelləri və onların gündəlik iş həyatında tətbiqi yollarını çox aydın və sadə dillə izah edir. Hər bir təlim mütəxəssisi üçün zəruri bir vəsaitdir”.

17.05.23 553
close

Son yeniliklər

Site by One Studio