Maliyyə və mühasibatlıq üzrə peşəkar mütəxəssislər Enn Houkins və Klayv Törnerin “Büdcələrin idarə edilməsi” kitabı artıq oxucuların ixtiyarına verildi. Maliyyə planlaşdırması, büdcələrin düzgün tərtib edilməsi və onlara nəzarətlə bağlı çətinlik çəkənlər, bu işin ən optimal yollarını axtaranlar kitabdan çox şey öyrənəcəklər.
Müəssisənin mənfəətliliyini iki yolla nəzarətdə saxlamaq olar: büdcəni düzgün tərtib etməklə və daxili xərcləri bilib-başa düşməklə. Bu zəruri məsələləri tam şəkildə anlamadan effektiv strateji qərarlar qəbul edə bilməzsiniz. “Büdcələrin idarə edilməsi” kitabı büdcəyə nəzarətin bu iki metodu arasındakı əlaqəni və onların bir-birini necə dəstəklədiyini izah edir, gəlir və kapital büdcələri arasındakı fərqi, düzgün təcrübə üzrə nəyin düzgün, nəyin səhv olduğunu, o cümlədən məhsulun maya dəyərinin hesablanmasının əhəmiyyətini və ən yaxşı metodlarını araşdırır.