İnsanların idarə edilməsi
Korporativ idarəetmə, komanda fəaliyyəti, kouçinq

İnsanları necə idarə etməli? Əməkdaşlıq çərçivəsində idarəetmə nə deməkdir? Fərdlər və komandalar necə idarə olunur? Həmçinin başqa sualların cavablarını bu kateqoriyadakı biznes haqqında elektron kitablarda tapa bilərsiniz.


Korporativ idarəetmə – fərdlərin və komandaların effektiv idarə olunması, məhsuldarlığın idarə edilməsi; komanda fəaliyyəti, komandaqurma çalışmaları; əsl əməkdaşlıq və birgə fəaliyyət – fərdi bilik və təcrübələrin birləşdirilməsi, əməkdaşlıq vərdişlərinin formalaşdırılması; vasitəçilik; mentorluq; kouçinq; təkmil kouçinq; komanda kouçinqi haqqında yeni biliklər öyrənmək və ya bildiklərinizi təkmilləşdirmək istəyirsinizsə, “İnsanların idarə edilməsi” kateqoriyasındakı e-kitabları oxuyun.

Münasibətlərin qurulması, ziddiyyətli və mübahisəli situasiyalar

O cümlədən istedadlı kadrların və kadr potensialının idarə edilməsi, peşəkarların işə cəlb edilməsi; virtual komandalar və onların birgə fəaliyyəti; düzgün münasibətlərin qurulması, insanlarla aranızda yaranan çətin situasiyalardan çıxış yolları, ziddiyyətli situasiyaların və mübahisəli məsələlərin idarə edilməsi, stresli halların aradan qaldırılması; özünəinam, qətiyyət və məqsədyönlülük; səlahiyyətvermə mövzuları ilə bağlı bir çox sualların cavablarını bu kateqoriyada tapa biləcəksiniz. 

Sadiqlik, işə cəlbetmə, həvəsləndirmə

Bununla yanaşı, işə və kollektivə sadiqlik; işə cəlbetmə; motivasiya və həvəsləndirmə üsulları; yeni ideya, fikir və dəyişikliklərə müqavimətin idarə edilməsi; toqquşan maraqlar və fikir ayrılıqlarının nizamlanması; koqnitiv davranış; iş yerində ümumi davranış problemləri və problemli davranışların idarə olunması haqqında öyrənmək istəyirsinizmi? Həm özəl sektor, həm də dövlət sektoru üzrə idarəetmə ilə bağlı bu suallara cavab verəcək pulsuz vəsaitləri portalımızda Azərbaycan dilində onlayn oxuyun.

Site by One Studio