Patrik Forsaytın “Toplantılar” kitabı təkbaşına deyil, kollektiv şəkildə düzgün seçim edib, düzgün qərar qəbul etmək və vaxtından səmərəli istifadə etmək istəyən hər bir rəhbərin/liderin faydalana biləcəyi bir vəsaitdir. Kitab uğurlu toplantı keçirməyin sirlərini öyrətməklə yanaşı, həm də toplantının uğuruna əngəl törədən amilləri də nəzərinizə çatdırır.
Yenilənmiş və artq 3-cü dəfə nəşr edilmiş bu kitabda toplantıların bütün mərhələləri ətraflı təsvir edilir: ilkin hazırlıq, sədrlik, müzakirələrin idarə edilməsi, effektiv iştirakçılığın təmin edilməsi, protokolların tərtibi və istifadəsi və s.
Oxuculardan biri belə bir tövsiyə verir: “Bu kitabı oxumamış nə bir toplantıda iştirak edin, nə də bir toplantı keçirin”. Başqa bir oxucu isə kitabla bağlı fikrini bu cür ifadə edir: “Toplantı keçirməyin qaydalarını sadə və aydın şəkildə izah edən bir vəsaitdir”.