“Telefonla ünsiyyət bacarıqları” kitabı artıq portalımızda!

Beynəlxalq marketinq və ümumi idarəetmə sahələrinin peşəkarı Meri Riçardsın “Telefonla ünsiyyət bacarıqları”  kitabı oxuculara təqdim edildi. 

 

“Telefonla ünsiyyət bacarıqları” kitabı biznes effektivliyini artırmaq üçün telefondan düzgün istifadənin bütün aspektlərini əhatə edir. Kitabda effektiv ünsiyyət bacarıqlarının vacibliyi vurğulanır, o cümlədən etibarlı münasibət və qarşılqlı anlaşmaya nail olmağın, “sevimli, amma zərərli” vərdişləri tərgitməyin, zəngi idarə etməyin və müştəri məmnuniyyətini qorumağın və s. yolları göstərilir. Zəngləri qəbul etmək və zəng vurmaq prosesinin hər biri ayrıca fəsillərdə izah edilir. Bu fəsillərin birincisində zəng edən tərəfdə müsbət təəssürat  yaratmağın 10 asan yolu, həmçinin mənfi təəssürat yaratmağın 10 asan yolu ilə tanış olacaq, digərində isə insanlarla necə əlaqə saxlamağı və sizə lazım olan məlumatları əldə etməyi, eləcə də telefonla necə şikayət etməyi və danışıqlar aparmağı öyrənəcəksiniz. Müəllif sonda telefon “superistifadəçi”si olmaq və “superistifadəçi andı”nı yerinə yetirmək qaydalarını ortaya qoyur: “Öhdəlik götürəcək və zəngdən fayda əldə edəcəyəm”; “Vaxtı öldürən amilləri tapıb aradan qaldıracağam”; “Superistifadəçi üsullarından hər zaman istifadə edəcəyəm”.

06.11.23 606
close

Son yeniliklər

Site by One Studio