“Təkmil kouçinq” kitabı artıq portalımızda!

Orta və üst rəhbərlik səviyyəsində uzun illərdir ki, kouçinq xidməti göstərən peşəkar kouç, mentor, fasilitator və yazar Linn Valinin “Təkmil kouçinq”  kitabı oxucuların ixtiyarına verildi.

“Təkmil kouçinq” kitabının əsas mövzusunu 5 mərhələdən ibarət “SPACE” modelinin öyrənilməsi təşkil edir. Model kouçların kouçinq prosesinə yanaşma tərzini təhlil etməyə və qiymətləndirməyə, o cümlədən bu proseslə bağlı fərqindəlik bacarığını artırmağa kömək edir.

Müəssisədə kouçinq mədəniyyəti formalaşdırmaq arzusunda olan insan resursları (İR) və təşkilati inkişaf (Tİ) üzrə peşəkarlar da bu kitabdakı məsləhət və alətlərdən çox faydalanacaqlar.

“SPACE” modelinin hər bir mərhələsi ayrıca fəsildə araşdırılır. Müəllif hər bir mərhələ üzrə nəzəri bilikləri təcrübədə tətbiq etmək üçün işlənib hazırlanmış müvafiq alətlərdən istifadə qaydalarını izah edir. Çalışmalar və qrafik təsvirlər sayəsində bu alətlərdən istifadə qaydalarını asanlıqla başa düşəcəksiniz.

“SPACE” modeli həm BK-da, həm də onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən sınaqdan keçirilib. Onların modeli öz təcrübələrində necə tətbiq etməsi ilə bağlı sonradan sorğu keçirilmiş və əldə edilən cavablardan modelin bu kitabdakı təsviri və tətbiq qaydalarının izahı üçün istifadə edilmişdir.

“Sorğunun nəticələri kouçinqin fərqli aspektləri  barədə real təsəvvür formalaşdırır”, – işinə böyük həvəslə yanaşan müəllif  Linn Vali bildirir.

28.03.23 467
close

Son yeniliklər

Site by One Studio