“Şifahi nitq bacarıqları” kitabı artıq portalımızda!

Peşəkar səs təlimçisi Riçard Peynin “Şifahi nitq bacarıqları”  kitabı sizi əsl natiqə çevirə bilər!

 

Kitab müxtəlif şifahi ünsiyyət vəziyyətlərində özünəinamlı, təsirli və canlı səsə nail olmağın yollarını izah edir. Oxucular öz danışıq səslərini təhlil edərək hansı cəhətləri təkmilləşdirmək lazım olduğunu müəyyənləşdirəcəklər. Məsləhət və məlumatlar təkcə ictimai tədbirlərdə çıxış etmək üçün nəzərdə tutulmayıb, həm də müsahibələr, görüşlər və telefon danışıqları kimi bir sıra başqa situasiyalar üçün də keçərlidir. Kitab həm də ümumi ünsiyyət və/və ya təqdimat bacarıqları üzrə kurs keçənlər və təlimçilər üçün nəzərdə tutulub. Bu vəsaitdə nəfəsin idarə edilməsi, vurğudan istifadə, nitqin sürəti, səsə qulluq və onun qorunması, saitlərin formalaşması, səlislik, pauza, aydınlıq, dialekt, intonasiya, səsin sərbəst buraxılması və s. kimi bir sıra başqa mövzular yer alır. Müəllif Riçard Peyn səsin idarə edilməsi üzrə kouç və təlimçidir. “Səsindən səmərəli istifadənin yolları barədə sağlam məsləhət istəyən hər kəs üçün əla vəsaitdir”. – Amazon” rəyçilərindən biri yazır. – “Kitab nəzəriyyə ilə göz boyamır, çox dəyərli praktiki tövsiyələr irəli sürür. 

27.11.23 887
close

Son yeniliklər

Site by One Studio