“Özünəinam” kitabı artıq portalımızda!

Təlim, kouçinq və özünüinkişaf sahəsində iyirmiillik təcrübəyə malik Piter İnqlişin “Özünəinam”  kitabı sizə özünüzə kor-koranə olaraq deyil, əsaslandırılmış şəkildə inanmağı öyrədəcək.

 

Kitabda özünəinamı artırmaq, həyatın sınaqlarından uğurla çıxmaq, arzu və məqsədlərinizə nail olmağa kömək edəcək faydalı məsləhətlər verilmiş və bir sıra üsullar təsvir edilmişdir. Özünəinam vacib bir keyfiyyətdir: bu xüsusiyyət sizdə yoxdursa, həyatda nail olmaq istədiklərinizin ardınca gedə bilməyəcəksiniz. Kitabın əsas hədəfi oxucusuna əsl – “əsaslı və sağlam” özünəinam qazandırmaqdan ibarətdir. “Pilləli məruzqalma” yolu ilə çətin tapşırıqların öhdəsindən gəlməyi, zehniyyətinizi idarə etməyi və altşəxsiyyətlərinizi üzə çıxarmağı bu kitabdan öyrənəcəksiniz.

 

Kitabın müəllifi Piter İnqliş 20 ildir ki, özünün təsis etdiyi təlim şirkətinə rəhbərlik edir və bu illər ərzində müşahidə etmişdir ki, şirkətin təşkil etdiyi təlim kurslarında iştirak edənlərin əksəriyyəti özünəinam əskikliyindən əziyyət çəkir. Müəllifin kitabda irəli sürdüyü məsləhət və üsulların çoxu da məhz belə iştirakçılarla çalışarkən qazandığı təcrübəyə əsaslanır. Piter İnqlişin  bu kitabında özünəinamı formalaşdıran bir sıra strategiyalar və onları qruplaşdıran tədbirlər planı ilə tanış olacaq, o cümlədən xüsusi məqamlarda – çətin söhbətlərin idarə edilməsi və ya vacib təqdimatların keçirilməsi zamanı özünəinamı necə artıracağınızla bağlı bəzi ipuclarını da öyrənəcəksiniz.

21.04.22 847
close

Son yeniliklər

Site by One Studio