“Mentorluq” kitabı artıq portalımızda!

Cef Elred və Bob Qarvinin beynəlxalq məlumatlara əsaslanan “Mentorluq” kitabı iş yerlərində, qruplar daxilində və müxtəlif müəssisələrdə mentorluq edən və alan şəxslər üçün dəstəkləyici vəsait rolunu oynayır. Kitab peşəkar və şəxsi zəmində təkmilləşmək istəyən hər kəs üçün faydalı olacaq. Əsasən, mentorlar üçün nəzərdə tutulsa da, mentorluq alanlar və müvafiq proqram koordinatorları da bu vəsaitdən yararlana biləcəklər.  

 

“Mentorluq” kitabı qeyri-formal şəkildə və ya mütəşəkkil proqram vasitəsilə mentorluq edən və ya alan hər kəs üçün hərtərəfli, praqmatik və öyrədici kitabdır. Proqramın necə hazırlamalı və idarə etməli, mentor olmaq üçün necə hazırlaşmalı, mentorluq məşğələlərini necə keçirməli, proqramın müxtəlif mərhələlərində münasibətləri necə idarə etməli və başa çatmış mentorluq proqramının effektivliyini necə qiymətləndirməli və s. kimi suallara kitabda cavab tapmaq mümkündür.

 

Təkcə adi işçi və rəhbər heyəti üçün deyil, həm də daxili mentorluq prosesinin qurulması və inkişaf etdirilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi baxımından İR, peşəkar hazırlıq və təşkilati inkişaf üzrə mütəxəssislər də bu vəsaitdən faydalana bilərlər.

 

Mentorluq insanların öz təcrübələrində görə biləcəkləri, bəlkə də, ən güclü inkişaf və ya təkmilləşmə prosesidir. Proses uğurlu alınanda bir tərəfə çəkilən xərcin hesabına iki tərəf də inkişaf edir. Odur ki, bu kitab mentorluq etməyə və ya almağa yeni başlayanlar üçün çox vacib bir praktiki vəsaitdir.

29.03.22 865
close

Son yeniliklər

Site by One Studio