“Enerji, sağlamlıq və rifah” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından Cillian Börnün “Enerji, sağlamlıq və rifah”  kitabı oxucuların ixtiyarına verildi. Kitab bədəni formaya salmağın, daha sağlam beyin və vücudla işləməyin, o cümlədən motivasiya və entuziazmı artırmağın yolları üzrə praktiki məsləhətlərlə zəngin bir vəsaitdir.

Səhiyyə və idman üzrə geniş təcrübəyə malik müəllif oxuculara enerji və rifah səviyyəsini müəyyənləşdirməyin metodlarını nümayiş etdirməklə başlayır. Qəbul etdiyimiz qidalar və işlədiyimiz mühit enerji səviyyələrini artıra biləcək əsas amillərdir. Müəllif qidanın beyini necə stimullaşdırdığını və stresi azaltdığını, bitkilərin, rəngin, səsin, işıqlandırmanın və digər amillərin enerji artıran iş mühitinin yaradılmasına necə töhfə verə biləcəyini təsvir edir.

Fiziki aktivliyin də əhəmiyyəti böyükdür. Duruş/qamət, nəfəs alma, enerjini artıran fasilələr və masa arxasında edilən idman hərəkətləri də daxil olmaqla, bir sıra fiziki çalışmalara dair məsləhətlərlə tanış olacaqsınız.

Kitabın sonunda iş-həyat balansı, həmçinin rifah və enerjinin artırılması üzrə iş planının tərtibinə dair bölmələr yer alır.

03.07.23 698
close

Son yeniliklər

Site by One Studio