“Danışıqların aparılması” kitabı təqdim olundu!

Marketinq, satış, idarəetmə və ünsiyyət bacarıqları üzrə ixtisaslaşmış Patrik Forsaytın “Danışıqların aparılması”  kitabı oxuculara təqdim edildi.

“Danışıqların aparılması” müəllifin “İdarəetmə kitabları” seriyasından ilk kitabıdır (müəllif bu seriya üçün başqa kitablar da yazmışdır). Danışıqların aparılması elə bacarıqdır ki, siz onu öyrənməli və təkmilləşdirməlisiniz.

Patrik Forsaytın bu kitabı sizə danışıqları aparmağı həm öyrənməkdə, həm də təkmilləşdirməkdə kömək edəcək. Danışıqlar prosesini çox aydın və asan mənimsəniləcək şəkildə izah edən hərtərəfli bir vəsaitdir: danışıqlar prosesinin əsaslarını, bu prosesə hazırlaşmağın yollarını, əsas üsulları, prosesin idarə edilməsini və şəxslərarası davranışı əhatə edir.

Kitab şərhçilərindən biri bu vəsait barədə belə demişdir: “Bu kitabı maşınınızda özünüzlə gəzdirməyi məsləhət görürəm: elə bir vəsaitdir ki, hər hansı toplantıya gedərkən elə parklama məntəqəsindəcə tezcə oxuyub sonra toplantıya girə bilərsiniz”.

25.10.22 944
close

Son yeniliklər

Site by One Studio