“Açılış və qapanış çalışmaları” kitabı artıq portalımızda!

Kouçinq, komanda inkişafı, təlimçilərin təlimi üzrə beynəlxalq səviyyəli mütəxəssislər Pol Tizzard və Alan İvansın həmmüəllifliyi ilə daha bir vəsait – “Açılış və qapanış çalışmaları”  oxuculara təqdim edildi.

 

“Buzqırma çalışmaları” kitabının ardınca müəlliflər Alan İvans və Pol Tizzard yenidən entuziam və yaradıcı potensiallarını işə salaraq “Açılış və qapanış çalışmaları” kitabını – təlim seminarlarını effektiv və yaddaqalan şəkildə açmağa və bağlamağa imkan verən tematik çalışmalar toplusunu hazırladılar. “Bu kitab kursların açılış və qapanışı üçün qısa çalışmalar və məzmunlu hekayələr toplusundan ibarətdir”, – Tizzard deyir. “Biz bu vəsaitə buzları sürətlə qıran qısa çalışmaları və daha uzun, daha çətin məşğələləri, o cümlədən lazımi ab-havanı yaratmaq üçün qısa lətifələri daxil etmişik”. “Açılış və qapanış çalışmaları” kitabının başlıca məqsədi minimal hazırlıq tələb edən sadə və asan çalışmaları – müəlliflərin sözləri ilə desək – təlimçilərə tədris prosesini təkmilləşdirmək üçün yeni və yaradıcı üsulları göstərən “götür və get” çalışmalarını oxuculara təqdim etməkdir.

26.02.24 876
close

Son yeniliklər

Site by One Studio