“Ünsiyyət” kitabı artıq portalımızda!

Şon Misteylin praktiki məsləhətlərlə zəngin “Ünsiyyət”  kitabı oxucuların ixtiyarına verildi. Ünsiyyət bacarığınızı formalaşdırmağı və ya daha da təkmilləşdirməyi bu kitabdan öyrənə biləcəksiniz. 

 

Effektiv ünsiyyət qurmaq və ya məlumatları effektiv şəkildə ötürmək çətin bir iş olmaqla yanaşı, hər bir idarəçinin vəzifə funksiyalarının ən vacib hissəsini təşkil edir. Əksəriyyətimiz elə zənn edirik ki, ünsiyyəti yaxşı bacarırıq, əslində isə çoxumuz məlumatları çatdırmağı və ya dinləməyi o qədər də yaxşı bacarmırıq. Şon Misteylin “Ünsiyyət” kitabında bu bacarığın dinamikası, effektiv ünsiyyət qurmağın yolları, o cümlədən effektiv ünsiyyətə mane olan amillər, ünsiyyət tərzləri və işdə ünsiyyət üçün istifadə olunan texnologiyalardan bəhs edilir. Kitabın sonunda yer alan bir sıra yoxlama siyahıları sizə öz ünsiyyət bacarıqlarınızı və çatışmazlıqlarınızı qiymətləndirmək və nəticələri həm təşkilati, həm də qrup və ya komanda səviyyəsində müqayisə etmək imkanı yaradır.  

13.06.22 1094
close

Son yeniliklər

Site by One Studio