Pol Heydenin “Şəxsi uğur” kitabını oxuyanda sizə aydın olacaq ki, əslində, uğur hamı üçün eyni mənanı ifadə etmir və tamamilə fərdi xarakter daşıyır. Lakin uğurun sizin üçün nə demək olması və ya hansı mənanı ifadə etməsindən asılı olmayaraq, həyatdan istədiklərinizin çoxuna nail olmaq mümkündür və bunun bir sıra yolları mövcuddur.
“İdarəetmə kitabları” seriyası üçün başqa kitablar da yazmış müəllif Pol Heyden vurğulayır ki, uğur qazanmaq üçün, birinci növbədə, sizi həvəsləndirən, hərəkətə gətirən amilləri və prioritetlərinizi müəyyən etməyi bacarmalısınız. Yalnız bundan sonra məqsədlərinizi və onlara uyğun olaraq atacağınız addımları planlaşdıra bilərsiniz. Kitabın məzmunu “planlaşdır, yerinə yetir və təhlil et” strukturu üzrə qurulmuş, o cümlədən sizi düşündürəcək sorğu anketləri və çalışmalar da əlavə edilmişdir. Kitabı yüksək qiymətləndirən “Training Journal”ın (“Təlim Jurnalı”) bu vəsaitlə bağlı tövsiyəsində belə yazılır: “Özünüinkişaf yoluna başlayan və ya bu yolda daha da irəliləmək istəyənlər üçün ideya və həvəsləndirici məsləhətlərlə zəngin faydalı bir vəsaitdir.