“Müxtəliflik” kitabı artıq portalımızda!

Müxtəliflik, bərabərlik, liderlik, performansın idarə edilməsi və şəxsi effektivlik üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli məsləhətçi, təlimçi və kouç Linbert Spenserin “Müxtəliflik”  kitabı oxucuların ixtiyarına verildi.

Kitabın müəllifi Linbert Spenser qəti şəkildə hesab edir ki, ayrı-seçkiliyə qarşı mübarizə, bərabər imkanların təşviq edilməsi və şəxslərarası fərqliliklərə dəyər verilməsi həm mənəvi, həm sosial, həm də iqtisadi cəhətdən fayda verir.Müxtəliflik müəssisəni yeni investorlar, potensial işçilər və müştərilər üçün cəlbedici edərək ona dəyər qatır və təklif etdiyi məhsul və ya xidmətin həm keyfiyyətini, həm də kəmiyyətini artırır.

“Müxtəliflik” kitabı müəssisədə heyətə rəhbərlik, supervayzerlik, təsiretmə və ya heyətin idarə edilməsi kimi cavabdehliyi olan hər kəs üçün nəzərdə tutulub. Kitabda müxtəlifliyə dəyər verən strategiyanın tərtib edilməsi, bu strategiyanın həyata keçirilməsi, daha müxtəlif işçi qüvvəsinin işə cəlb edilməsi (istək, konkretlik, qərar, qətiyyət və intizam prinsiplərini rəhbər tutaraq) və təlimi, o cümlədən müxtəliflik və bərabərlik üzrə fərdi məqsədlərin müəyyənləşdirilməsinin yolları göstərilir.

Həmçinin “müxtəlifiyin müdafiəçisi”nin təyin edilməsi və şikayətlərlə məşğul olmağın düzgün qaydaları da izah edilir.

17.04.23 496
close

Son yeniliklər

Site by One Studio