“Koqnitiv davranış kouçinqi” kitabı artıq portalımızda!

Peşəkar biznes-psixoloq, kouç, təlimçi və araşdırmaçı Doroti Sprayın “Koqnitiv davranış kouçinqi”  kitabı oxucuların ixtiyarına verildi. 

 

Kouçinq iş yerində məhsuldarlığı, liderliyin inkişafını və işçilərin aktiv iştirakçılığını təşviq etmək üçün geniş şəkildə istifadə olunur və kouçinqin bu məqsədlər üçün düzgün seçim olması CIPD (“Chartered Personal and Development” – Kadrların Peşəkar Hazırlığı və İnkişafı İnstitutu) araşdırmasının nəticələrinə əsasən öz təsdiqini tapmışdır: belə ki, sorğuda iştirak edən müəssisələrin 90 %-inin kouçinq üsullarından yararlandığı müəyyən edilmişdir.

 

Koqnitiv davranış kouçinqi (KDK) isə kouçinqi növbəti və daha üst səviyyəyə qaldırır. KDK-ya əsasən, insanların düşüncə tərzi onların hiss və duyğularına, bu da öz növbəsində, onların qəbul etdikləri qərar və davranışlarla təsir göstərir. Sistematik sorğu prosesi vasitəsilə KDK insanın məhdudlaşdırıcı inanc və davranışlarına meydan oxuyur və onlara bu və ya digər məsələyə fərqli mövqedən yanaşıb fərqli davranmaqda kömək edir.

“Koqnitiv davranış kouçinqi” kitabı beş addımdan ibarət sadə bir model irəli sürür və bu modelin əsasında kouçların, təkmilləşmə və peşəkar hazırlıq heyətinin, o cümlədən rəhbərlərin həm ayrı-ayrı işçilərin, həm də ümumilkdə, müəssisənin inkişafı üçün KDK-dan necə istifadə edə biləcəyini aydın və praktiki şəkildə izah edir.

17.11.23 651
close

Son yeniliklər

Site by One Studio