“Komanda kouçinqi” kitabı oxuculara təqdim edildi!

Liderlik və təşkilati inkişaf üzə məsləhətçi, komandalarla iş və kouçinqin təşkili üzrə mütəxəssis Erik de Haanın “Komanda kouçinqi” kitabı kouçinq mütəxəssisləri və komanda liderləri üçün əla ideya və praktiki məsləhətlər mənbəyidir.

 

Erik de Haanın fikrincə, hazırkı dövrün iş yerlərində bir çox komandalar kollektiv iş bacarığından yetərincə istifadə edə bilmədikləri üçün zəif performans və aşağı səviyyəli nəticələr göstərirlər.  

 

“Komanda kouçinqi” kitabının müəllifi, eyni zamanda Eşric Kouçinq Mərkəzinin direktoru Erik de Haan üçün bu, çox məyusedici bir hal olsa da, o düşünür ki, zəif performansı aradan qaldırmaq o qədər də çətin məsələ deyil, yetər ki, komanda üzvləri bu problem üzərində məntiqlə düşünə bilsinlər və lazımi bacarıqlara malik olub-olmadıqlarını düzgün qiymətləndirə bilsinlər.

 

“Yalnız bu zaman komanda kouçinqi fayda verə bilər”, – müəllif bildirir. – “Komanda kouçinqi komandalara gördükləri işlərin mahiyyətini və məqsədini başa düşməkdə, fərdi bacarıqları komanda işinə necə inteqrə edə biləcəkləri və innovasiyaların tətbiqi ilə bağlı düzgün istiqamət seçməkdə kömək edir”.

 

Mövzu üzrə sahənin mütəxəssisi tərəfindən qələmə alınmış “Komanda kouçinqi” kitabı praktiki bir vəsaitdir; bu vəsaitdən həm kouçinq mütəxəssisləri, həm də komanda liderləri faydalana biləcəklər.

22.09.22 681
close

Son yeniliklər

Site by One Studio