“Kollektiv iş” kitabından artıq hər kəs faydalana biləcək!

“Pozitiv düşüncə tərzi” kitabının müəllifi, təlimçi, natiq və və resursların təmin olunması üzrə mütəxəssis Duqlas Millerdən daha bir vəsait – “Kollektiv iş”  kitabı oxucuların ixtiyarına verildi. 

“Kollektiv olaraq bizim içimizdə bir cöhvər, xüsusi istedad var və ondan düzgün istifadə etsək, işimizdə köklü dəyişiklik yarada bilərik”, – müəllif Duqlas “Kollektiv iş” kitabında yazır. 

“Kollektiv şəkildə işləməyimizin ən böyük səbəbi isə budur ki”, – deyə müəllif davam edir, – “heç bir fərd, komanda, qrup və hətta müəssisə belə, məqsədlərinə çatmaq üçün başqaları ilə tərəfdaşlıq etmədən lazım olan bütün bilik və bacarıqlara sahib olmağa ümid edə bilməz”.

 

Kollektiv iş – iki və ya daha çox insanın köməyi ilə problemləri həll etməyin, fürsətlər yaratmağın və onlardan istifadə etməyin çox sadə bir dinamik metodudur. Bu metod sizə özünüzü üzvü olduğunuz qrupa fayda verə biləcək ən yaxşı şəkildə göstərmək imkanı yaradır. 

 

Kollektiv işin əsasını yeddi əsas davranış – kollektiv iş vərdişləri təşkil edir. Bu vərdişlərin hər birinə – etimad, məqsəd, təvazökarlıq, əlaqəlilik, maraqlanma, fikir ayrılığı və nəzarət – bir  fəsil ayrılıb və müəllif həm fərdi, həm də komanda yanaşması nöqteyi-nəzərindən bu vərdişlərin necə tətbiq edildiyini ətraflı izah edilir.

01.09.22 736
close

Son yeniliklər

Site by One Studio