“İş müsahibələrində necə uğur qazanmalı?” kitabı artıq portalımızda!

İşə qəbul üzrə təlim, kouçinq və özünüinkişaf sahəsində geniş təcrübəyə malik Piter İnqlişin “İş müsahibələrində necə uğur qazanmalı?”  kitabı sizə müraciət etdiyiniz iş üzrə ən yaxşı namizəd olmağın və müsbət təəssürat oyatmağın sirlərini öyrədəcək.

“İş müsahibələrində necə uğur qazanmalı?” kitabı işə qəbul müsahibələrinə (həm müəssisədaxili, həm də müəssisədənkənar) hazırlaşarkən və qiymətləndirmə mərkəzlərinin testlərində iştirak edərkən özünəinamınızı artıracaq. Kitab univeristet məzunları da daxil olmaqla, yeni iş axtaran hər kəsə uyğun bir vəsaitdir.

Bütün uğurlu müsahibələrin əsasında yaxşı hazırlıq dayanır. Müəllif nə cür araşdırma aparmalı olduğunuzu və müsahibə komissiyasının sizdə görmək istədiklərini təxmin etməyin yollarını izah edir. Məşqlərin və vizualizasiyanın vacibliyi də vurğulanır.

Dərindən nəfəs alın... indi isə müsahibənin özündən danışaq! Müsahibə otağına necə daxil olmaq, necə salamlaşmaq, suallara necə cavab vermək, hansı sualları vermək, müsbət təəssüratı necə oyatmaq barədə tövsiyələr verilir.

İşəgötürənlər işə qəbul prosesi ilə bağlı tələbləri qarşılamaq üçün qiymətləndirmə mərkəzlərindən getdikcə daha çox istifadə edirlər. Belə mərkəzlər namizədlərin uyğunluğunu müəyyən etmək üçün psixometrik testlər, rol oyunları və qrup çalışmaları da daxil olmaqla, bir sıra alətlərdən istifadə edirlər. Kitabda hər bir test növü ayrı-ayrılıqda izah edilir və bu testlərə hazırlaşmaq, o cümlədən onlardan uğurla keçməyin yolları ilə bağlı məsləhətlər verilir.

11.04.23 479
close

Son yeniliklər

Site by One Studio