“İdarəçilər” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından “Təqdimatlar” kitabının müəllifi Con Taunsenddən daha bir vəsait – “İdarəçilər” kitabı oxucuların ixtiyarına verildi.

“İdarəçilər” kitabını oxuyun və beş əsas idarəetmə bacarığı ilə tanış olun: planlaşdırmaq (effektiv planlaşdırma və məqsədlərin düzgün müəyyənləşdirilməsi çox vacibdir), təşkil etmək (buraya vaxtın və işlərin idarə edilməsi, həmçinin qərarların qəbul edilməsi aiddir), rəhbərlik etmək (komandanın qurulması, liderlik, motivasiya və ünsiyyət), təkmilləşdirmək və ya kouçinq vermək (yanlış davranışları islah etmək, intizamlaşdırmaq və qiymətləndirmək). Və nəhayət, nail olmaq (burada tədbirləri planlaşdıracaqsınız, odur ki, qələm-kağızınızı hazırlayın)!

“İdarəetmə kitabları” seriyasının bu maarifləndirici vəsaiti bütün səviyyələrin komanda rəhbərləri, supervayzerləri və idarəçiləri üçün nəzərdə tutulub.

24.06.23 750
close

Son yeniliklər

Site by One Studio