“Dayanıqlılıq” kitabı təqdim olundu!

Biznes fəaliyyətində dayanıqlılıq üzrə geniş təcrübəyə malik, dayanıqlı inkişaf üzrə təlim və konsultasiya proqramlarına rəhbərlik edən psixoloq Patrisiya Hayndın “Dayanıqlılıq”  kitabı   oxuculara təqdim edildi.

Dayanıqlılığın idarə edilməsi getdikcə daha da sürətlə biznes uğurunun – müştəri və maraqlı tərəflərin gözləntilərini doğrultmağın həlledici şərtinə çevrilir. Patrisiya Hayndın “Dayanıqlılıq” kitabı dayanıqlı inkişafın yollarını öyrənmək istəyən, lakin faktiki olaraq haradan və necə başlayacağını bilməyən rəhbər və idarəçilər üçün nəzərdə tutulmuşdur.

Vəzifə funksiyalarınız çərçivəsində ətraf mühitin qorunmasına görə birbaşa cavabdehliyiniz olmaya bilər, amma siz özünüz bir fərq yarada və təşəbbüskar davrana bilərsiniz. Müəllif “Dayanıqlılıq” kitabında mövzunu izah etməklə və müəyyən yanlış təsəvvürlərə aydınlıq gətirməklə yanaşı, həm də  fəaliyyətin 6 əsas sahəsi (ətraf mühit, iş yeri, təchizat zənciri, bazar, maraqlı tərəflər və cəmiyyət) üzrə tətbiq edə biləcəyiniz dayanıqlılıq modeli irəli sürür.

Bir sıra faydalı metodlar və dünyanın fərqli yerlərindən mövzu üzrə praktiki nümunələrlə zəngin olan bu vəsait mövcud iş prinsipləri və düşüncə tərzinə meydan oxumaq üçün sizi tədbirlər planı işləyib hazırlamağa və həyata keçirməyə həvəsləndirəcək. Əgər gündəlik fəaliyyətinizdə tətbiq edə biləcəyiniz praktiki məsləhətlərlə tanış olmaq istəyirsinizsə, “Dayanıqlılıq” kitabı məhz sizin üçündür.

Dayanıqlı inkişafa doğru ilk addımlarınızı atmağa məhz bu kitabla başlayın.

28.11.22 706
close

Son yeniliklər

Site by One Studio