“Balans hesabatı” kitabı artıq portalımızda!

“Büdcələrin idarə edilməsi” kitabının müəllifləri Enn Houkins və Klayv Törnerdən daha bir faydalı vəsait! “Balans hesabatı”  kitabının əvvəlində pulun  müəssisə daxilində necə işlədiyi, yəni: maliyyə vəsaitlərinin “haradan gəldiyi” (mənbəyi) və “haraya getdiyi” (nələrə və necə istifadə edildiyi) biznesin maliyyə modelinin nümunəsində təsvir edilir. Daha sonra isə bu modelin əsasında balans hesabatı, mənfəət və zərər hesabatları təhlil və izah edilir. Həmçinin, bu cür maliyyə hesabatları ilə bağlı tez-tez rast gəlinən yanlış anlamalar və ya yol verilən səhvlərə aydınlıq gətirilir. Kitabın sonunda isə maliyyə jarqonlarının aydın və dəqiq izahı ilə tanış ola biləcəksiniz. 

19.05.22 822
close

Son yeniliklər

Site by One Studio