“Yaradıcı idarəçilər” kitabı oxuculara təqdim edildi!

Beynəlxalq səviyyədə "təlimçilərin təlimçisi" adını qazanmış Con Taunsend və yaradıcı yanaşma üzrə təlimlərinə görə tanınmış mütəxəssis, mərhum Jak Favyenin “Yaradıcı idarəçilər” kitabı oxuculara təqdim edildi.

İdarəetmə sənətinin bilicisi hesab edilən Piter Drukerin fikrinə əsasən, “innovasiyaya yer verməyən müəssisənin geridə qalması və tənəzzülü labüddür”.

“Yaradıcı idarəçilər” kitabı yaradıcı ideyalar formalaşdırmağınıza kömək edəcək alət, üsul və tətikləyicilərlə zəngindir. Çox maraqlı adları olan 10 istifadəyə hazır metodla tanış olacaqsınız: “Nyaka”, “Merlin”, “Eureka” (“Evrika”) və “Brainfaxing” (faksla beyin fırtınası).

Müəllif hər bir metodu təsvir edərkən onun mahiyyətini, necə tətbiq edildiyini və tətbiqi üçün hansı materialların lazım olduğunu izah edir. Bundan əlavə, kitabda innovasiyadan faydalana biləcək müxtəlif sahələr əhatə olunur (məs.: məhsulun işlənib hazırlanması, müştəri xidməti, səmərəlilik) və yeni, yaradıcı ideyaları “satmağın” yolları araşdırılır.

Bir-birindən fərqli çalışmalar, testlər və viktorinalar sizin marağınızı cəlb edəcək və nə dərəcədə yaradıcı idarəçi olduğunuzu öyrənməyə yardımçı olacaq.

06.12.22 697
close

Son yeniliklər

Site by One Studio