Psixoloji dözümlülük çətin vəziyyətlərdə güclü qala bilmək, dəyişən şəraitə çevik uyğunlaşmaq və uğursuzluqlardan öyrənmək deməkdir.
Bu bacarıq sayəsində həyatınızda ideal balans yaradaraq motivasiyanızı qoruya və uğurlarınızın davamlı olmasını təmin edə bilərsiniz.
Əmək münasibətlərində düzgün balansı yaradan əsas amil intizam və ədalətdir.
Müasir idarəetmə sistemlərində intizamın tətbiqi və şikayət mexanizmlərinin peşəkar şəkildə qurulması sağlam, güclü və uğurlu komandalar formalaşdırır.
İdarəetmədə ilk addımların uğurlu olması komanda rəhbərliyi, düzgün ünsiyyət və motivasiya yaratma bacarıqlarından asılıdır.
Bunun üçün isə, birinci növbədə, idarəetmə üslubunun düzgün seçilməsi və situasiyaya adekvat yanaşma tələb olunur.
Attestasiyanızın idarə edilməsi
Peşəkar inkişafınızı effektiv şəkildə idarə etmək üçün güclü tərəflərinizi önə çıxarmalı, nailiyyətlərinizi düzgün təqdim etməli və karyera məqsədlərinizi dəqiq müəyyənləşdirməlisiniz.
Odur ki, attestasiyanızı idarə etməyin və onu inkişafınız üçün real imkana çevirməyin optimal yollarını öyrənin!
Portalımıza yüklənmiş yeni kitablarımızı oxuya bilərsiniz
Portalımızın fəaliyyəti haqqında son yeniliklər və yeni kitablarla bağlı xəbərlərimizi izləyin
İdarəetmə haqqında elektron kitablar “Pocketbook.az” portalında – müxtəlif mövzulardakı kitabları Azərbaycan dilində onlayn oxuyun. İdarəetmənin düzgün təşkili müəssisənin özəl və ya dövlət sektorunda fəaliyyət göstərməsindən asılı olmayaraq, istər komanda səviyyəsində, istərsə də ümumi təşkilati səviyyədə böyük rol oynayır. “Layihəni idarə etmək”, “vaxtı idarə etmək”, “büdcəni idarə etmək”, “dəyişiklikləri idarə etmək”, “komandanı idarə etmək”, “münasibətləri idarə etmək”, “insan resurslarını idarə etmək”, hətta “özünü idarə etmək”, yaxud “maliyyənin idarə edilməsi”, “ünsiyyətin idarə edilməsi” “münaqişələrin idarə edilməsi”, “qərarların qəbul edilməsi”, “inzibati idarəetmə”, “iş müsahibələrinə hazırlıq”, “performansın qiymətləndirilməsi”, “emosional zəka” və s. və i. – siyahını daha da uzatmaq olar. Hər bir sahədə uğur qazanmağın başlıca şərti idarəetmənin düzgün təşkili ilə bağlıdır.
Elə bir dövrdə yaşayırıq ki, iş dünyası ilə, bizneslə artıq uşaqdan böyüyə hər kəs maraqlanır, hər kəs nəsə öyrənmək, yaxud bilik və bacarıqlarını təkmilləşdirmək istəyir. İnkişaf etmək, rəqiblər arasında “üstünlüyü əldə etmək və əldən buraxmamaq”, öz sahəsinin “ən yaxşısı olmaq”, “ən böyük uğuru qazanmaq” dayanmadan və sürətlə inkişaf edən hazırki iş dünyasında əsas şüarlara çevrilib. Bu mövzularla bağlı virtual məkanda bir sıra kitab saytları, özünüinkişaf vəsaitləri, təlim və tədris materialları mövcuddur. “Pocketbook.az” portalında idarəetmə üzrə istənilən mövzu haqqında azərbaycanca ən yaxşı e-kitabları pulsuz əldə edə bilərsiniz.
Sadə və əyləncəli üslubda yazıldığı üçün asanlıqla mənimsəyəcəyiniz bu elektron kitablar indiyədək oxuduğunuz idarəetmə vəsaitlərindən xeyli fərqlənir:
Ən nəhayət, masanızda və ya çantanızda əlavə yer tutan ənənəvi “kağız kitab” əvəzinə, rəqəmsal cihazınız vasitəsilə internetdə oxuya biləcəyiniz internetdə oxuya biləcəyiniz elektron kitablar müasir biznes dünyasının sürətinə yetişməyə və tələbləri ilə ayaqlaşmağa çalışan, vaxtına və büdcəsinə qənaət etmək istəyən hər kəsə uyğundur.
İdarəetmə haqqında e-kitablarımız internetdə mütəmadi olaraq yenilənir və idarəetmə mütəxəssislərinin yazdıqları yeni elektron kitablar Azərbyacan dilinə tərcümə edilərək portalımıza yüklənir.