“Uğurlu satış” kitabı artıq portalımızda!

Satış, marketinq, idarəetmə və ünsiyyət bacarıqları üzrə ixtisaslaşmış və geniş təcrübəyə malik məsləhətçi Patrik Forsaytın “Uğurlu satış”  kitabı oxucuların ixtiyarına verildi.
 
Bu kitabı oxuyaraq satış yekunları üzrə növbəti toplantınızın effektivliyini maksimum dərəcədə artırmağa kömək edəcək əsas metodları öyrənəcəksiniz. “Uğurlu satış” kitabında müştəri qarşısında ilkin  təəssüratı düzgün formalaşdırmağın, müştərinin ehtiyaclarını müəyyən etməyin, təklifi ən yaxşı formada təqdim etməyin və ən əsası, müştəri ilə görüşü uğurla bitirib satış müqaviləsini bağlamağın yolları izah edilir. Həmçinin, müştəri ilə görüşə necə hazırlaşmaq və görüşdən sonrakı addımlarla bağlı məsləhət və metodlar təqdim edilir.

“The Journal of International Selling and Sales Management” (“Beynəlxalq satış və satışın idarə olunması” jurnalı) kitab haqqında bu sözləri yazmışdır: “Satış tərzini bu və ya digər müştərinin ehtiyaclarına uyğunlaşdırmağı öyrədən praktiki bir vəsaitdir. Satışla məşğul olan hər bir kəs bu kitabdan müntəzəm şəkildə istifadə edərsə, faydasını mütləq görəcək”.

31.10.22 773
close

Son yeniliklər

Site by One Studio