“Təsir və mövcudluq” kitabı artıq portalımızda!

Liderlik bacarıqlarının inkişaf etdirilməsi, effektiv komandaların qurulması, şəxsi təsir və mövcudluğun gücləndirilməsi üzrə mütəxəssislər Pem Cons və Ceni van Hulun “Təsir və mövcudluq”  kitabı oxucuların ixtiyarına verildi.

Kitab, bir lider kimi, mövcudluğunuzu yaratmaq və şəxsi təsirinizi artırmaq üçün güclü tərəflərinizi müəyyənləşdirməyin və onlardan istifadə etməyin, həmçinin əlaqələr yaratmağın və sosial mediada mövcudluğu genişləndirməyin yollarını izah edir.

“Təsir və mövcudluq” kitabı  oxuculara düzgün və adekvat şəxsi mövcudluğa nail olmağın, liderlik bacarıqlarını inkişaf etdirməyin, komandalar daxilində motivasiyanı və əzmkarlığı artıracaq ab-havanı yaratmağın, o cümlədən çətin situasiyaları idarə etməyin qaydalarını göstərir.

Bu kitabın yeni nəşrində əhatə olunan mövzular bunlardır: özünüdərk (oxucuya öz təsirini qiymətləndirmək imkanı verən anket), vizualizasiya, brend imicinin yaradılması, qamət, jestlər, göz təması, emosional nəzarət, geyim tərzi, qarşılıqlı anlaşma və harmoniyanın yaradılması, çətin şəraitlərdə müvafiq davranış qaydaları və fərqli situasiyalarda təsir yaratmağın yolları (məs., toplantılar, müsahibələr, təqdimatlar, təkbətək görüşlər və s.).

10.04.23 722
close

Son yeniliklər

Site by One Studio