“Öyrənmə prosesi” kitabı artıq portalımızda!

Pol Heydnin öyrənməyi öyrədən və praktiki məsləhətlərlə zəngin “Öyrənmə prosesi”  kitabı oxucuların ixtiyarına verildi. 

Toni Byuzen kitabın ön sözündə belə yazır: “Öyrənmə prosesi” bu maraqlı sahәyә düşünülmüş vә intellektual sәviyyәdә giriş edәrәk öyrәnmәyin düzgün istiqamәtdә öyrәnilmәsinә – sizi hәdsiz dәrәcәdә mәmnun qoyacaq sәyahәtә start verir”.

Kitab öyrənmə prosesinin məsuliyyətini hər bir öyrənənin öz üzərinə götürməsini təşviq edir və bu prosesi maneəsiz başa vurmaq üçün beyin gücündən düzgün istifadə yollarının izahını verir. Bu kitabdan ilkin material qismində hər hansı öyrənmə prosesinə hazırlaşmaq üçün istifadə edə bilərsiniz. Əsl “pocketbook” tərzində aydın və anlaşıqlı şəkildə tərtib edilmiş vəsait bir-birini tamamlayan ardıcıl fəsillərlə bu mövzulara aydınlıq gətirir: beyin gücü, öyrənmə nəzəriyyəsi, planlaşdırma və gerçəkləşdirmə, zəka növləri və öyrənmə metodları.

11.08.23 916
close

Son yeniliklər

Site by One Studio