“İstedadlı kadrların idarə edilməsi ” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından bir sıra vəsaitlərin müəllifi olaraq yaxşı tanıdığımız, insan resursları, müştəri xidməti və maliyyə xidmətləri sahələrində zəngin təcrübəsi olan beynəlxalq səviyyəli mütəxəssis Endi Krossun “İstedadlı kadrların idarə edilməsi”  kitabı oxucuların ixtiyarına verildi!

 

Müəssisənizi, biznesinizi inkişaf etdirə biləcək kadrları tapmaq, saxlamaq və onların potensialını maksimum dərəcədə üzə çıxarmaq – “İstedadlı kadrların idarə edilməsi” kitabının əsas mövzusudur.

 

Kitabda istedadlı kadr potensialının idarə edilməsi üzrə mövcud strategiyanızı qiymətləndirmək və təkmilləşdirmə ehtiyaclarını müəyyən etmək üçün yoxlama siyahıları və özünüqiymətləndirmə alətləri təqdim olunur. İstedadların idarə edilməsi üzrə məşhur təcrübələrdən də nümunələr gətirilir.

 

Kiminsə daha böyük vəzifədə uğurlu olacağını qətiyyətlə söyləyə bilərsinizmi? Bu zaman hansı qiymətləndirməyə əsaslanırsınız? Kitabda əsas performans sahələri üzrə potensial istedadı müəyyən etməyin yolları təsvir edilir. Bu, kitabda təqdim olunan bir neçə faydalı modeldən biridir.

 

Uğurlu komandalar qurmaq üçün istedadlı kadrları bir araya gətirməyin yolları da bu kitabın araşdırdığı digər mövzulardan biridir. Belə bir komandanın qurulması ilə bağlı praktiki üsullar da aydın və yığcam şəkildə izah olunur.

“İstedadlı kadrların idarə edilməsi” kitabı təlimçilər, insan resursları və işə qəbul üzrə mütəxəssislər, o cümlədən və istedadlı komanda üzvlərinin saxlanılması və peşəkar inkişafı üçün məsul olan birbaşa (xətti) rəhbərlər üçün nəzərdə tutulmuşdur.

18.03.24 1141
close

Son yeniliklər

Site by One Studio