“İş müsahibələri” kitabı təqdim olundu!

Beynəlxalq səviyyədə "təlimçilərin təlimçisi" adını qazanmış Con Taunsend, biznes və texnologiya mövzusunda bir sıra ruhlandırıcı kitablar müəllifi Şon MakManusun birlikdə yazdığı  “İş müsahibələri”  kitabı oxucuların ixtiyarına verildi.

“İş müsahibələri” kitabının bu nəşrində əhəmiyyətli dərəcədə dəyişikliklər edilmiş və əsas hədəf, sadəcə, işə qəbul zamanı keçirilən müsahibələrə yönəlmişdir. Kitabın ilk fəsillərində iş müsahibəsinin keçirilməsi üçün zəruri olan sualvermə metodları, dinləmə qabiliyyəti, bədən dilinin başa düşülməsi kimi bir sıra bacarıqlardan bəhs edilir. Sualların növləri izah olunur, hansı hallarda hansı növ suallardan istifadə edilməsinin qaydaları açıqlanır, o cümlədən müəyyən suallardan istifadə etməmək məsləhət görülür. Praktiki nümunələr vasitəsilə isə müsahibə metodlarının tətbiqi əyani şəkildə göstərilir.

Sonrakı fəsillərdə isə müsahibəyə hazırlaşmağın və müsahibəni keçirməyin qaydası müzakirə edilir, o cümlədən vakansiya üzrə tələblərin və vəzifə funksiyalarının təsvir edilməsi, əsaslandırma tələb edən sualların tərtib edilməsi və namizədlərin qiymətləndirilməsi və s. aydın və nümunələr əsasında izah edilir.

10.10.22 757
close

Son yeniliklər

Site by One Studio