Mövzu
“Müştərilərlə əlaqələrin idarə edilməsi” (CRM) kitabı münasibətlərin idarə edilməsi üzrə məqsədlərin müəyyənləşdirilməsi və çoxkanallı mühitdə praktiki iş planlarının həyata keçirilməsinə daha strateji yanaşmaqda rəhbərlərə kömək edir. İstehlakçıların imkanları getdikcə genişlənir və onlar öz şəxsi məlumatlarına əllərinin çatdığı, bu məlumatların istifadəsinə və reklam materiallarının qəbul edilmə sıxlığına təsir edə biləcəkləri kanallara müraciət edirlər. Onlar təchizatçılarla dialoqa girmədən məhsul və xidmət təkliflərini müqayisə və təhlil etmək qabiliyyətinə malikdirlər. Müəssisələrin mükəmməl müştəri xidməti və biznesin dəyərini artıracaq daha effektiv strategiyaları necə quracağı barədə kitabda ətraflı məlumat verilir. Müştəriyə verilən vədlərin yerinə yetirilməsi və biznes hədəflərinin reallaşdırılmasına aparan CRM təşəbbüsləri barədə investorların məlumatlandırılması və bu təşəbbüslərin dəstəklənməsi də daxil olmaqla, müəssisə daxilində ayrı-ayrı şöbələrdən ehtiyac duyulan dəstəyin necə ola biləcəyi ayrıca bir fəsildə izah olunub.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2013
Səhifə sayı
128
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov