“Təqdimatlar” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasının ən vacib vəsaitlərindən biri hesab edilən “Təqdimatlar” kitabı oxucuların ixtiyarına verildi.

 

Con Taunsendin bu kitabı mükəmməl təqdimatı planlaşdırmağın, hazırlamağın və auditoriyaya təqdim etməyin yollarını öyrədir, faydalı məsləhətlər və praktiki təkliflər irəli sürür. Təqdimat keçirməkdə heç bir təcrübəsi olmayan və yeni başlayanlar üçün əla bir öyrədici vəsait olmaqla yanaşı, daha təcrübəlilər üçün də asan mənimsənilən intensiv bir təkmilləşdirmə kursu rolunu oynayır. “İdarəertmə kitabları” seriyasına daxil olan vəsaitlər arasında ən vacib kitablardan biridir.

 

Təqdimatlar” kitabının məzmunu yuxarıda qeyd edilənlərdən başqa, həm də auditoriya qarşısına çıxarkən əsəblərə hakim olmağın və təmkini qorumağın, dinləyicilərin verdiyi sualları düzgün, yığcam və aydın cavablandırmağın, o cümlədən audiovizual vasitələrin (görmək, eşitmək və hiss etmək) köməyi ilə təqdimatın çatdırdığı əsas mesajı yaddaşlara həkk etməyin yollarını da əhatə edir.

 

Kitabın sonunda verilmiş qısa, maraqlı və məzəli hekayə, yaxud müəllifin təbirincə desək, “ibrətamiz hekayət” təqdimatlarla bağlı başlıca məqamları oxucuya daha aydın çatdırır və fikrin mənimsənilməsini daha da asanlaşdırır. Ardınca gələn səhifələrdə isə təqdimatlar üzrə yoxlama siyahıları ilə tanış olacaqsınız. Kitabın müəllifi – mükəmməl spiker Con Taunsend  təlim kurslarının keçirilməsi üzrə çoxillik təcrübəyə malik olmaqla yanaşı, həmçinin dünyanın bir sıra ölkələrində keçirilən konfrans və tədbirlərdə davamlı olaraq təqdimatlarla çıxış edir.

02.10.21 1198
close

Son yeniliklər

Site by One Studio