Ünsiyyət bacarıqları üzrə çoxillik təcrübəyə malik peşəkar təlimçi və idarəetmə mütəxəssisi Riçard Storinin praktiki məsləhətlərlə zəngin “Təsiretmə” kitabı oxucuların ixtiyarına verildi. İnsanları öz dəyərinizə və ideyalarınızın dəyərinə inandırmağın yollarını bu kitabdan öyrənəcəksiniz.
Təsiretmə bacarıqları bütün uğurlu ünsiyyət formalarının əsasını təşkil edir. Riçard Stori “Təsiretmə” kitabında təsiretmə tərzlərini təhlil edir, ünsiyyət zamanı qarşılıqlı anlaşma və harmoniyaya nail olmağın, fərqli şəxsiyyət tipləri ilə dil tapmağın, müqaviməti idarə etməyin və nəhayət, ən əsası, bir qərara varmağın yollarını izah edir.
Kitabın bu yeni, ikinci nəşrində təsir etməyin 5 asan addımı, 8 təsiretmə tərzi, qarşılıqlı anlaşma və harmoniyaya nail olmağın 10 səbəbi, hər biri üzrə fərqli təsiretmə metodlarının tətbiq edildiyi 4 şəxsiyyət tipi ilə tanış olacaqsınız.
Amerika İdarəetmə Assosiasiyasının 2800 rəhbər şəxs arasında keçirdiyi sorğuda “Bu günün iş dünyasında uğur qazanmaq üçün, ilk növbәdә, nә etmәliyәm?” sualına respondentlərin əksəriyyəti belə cavab vermişdir: “İnsanları öz dәyәrimә vә ideyalarımın dәyәrinә inandırmalıyam”.
Müəllif Riçard Stori təsiretmə və inandırıcı ünsiyyət mövzusunda başqa nəşriyyatlar üçün bir sıra kitablar yazmışdır.