“Stres” kitabı artıq portalımızda!

Təhsil, beynəlxalq marketinq, ümumi idarəetmə üzrə təcrübəyə malik psixoloq Meri Riçardsın “Stres”  kitabı müasir dünyanın reallığı olan gərginliyin və stresin idarə edilməsinin yollarını öyrədir.

Stresi idarə etməyi öyrənmək – həm işçilərə, həm də müəssisəyə öz müsbət təsirini göstərir.  Meri Riçardsın “Stres” kitabı stresə məruz qalarkən özünüzü idarə etmək və başqalarına kömək etməyin yollarını göstərir, bir sıra praktiki məsləhətlər irəli sürür. Bu məsləhətlərə sözdə deyil, əməldə yerinə yetirməyin əhəmiyyəti vurğulanır.

Bənzər nəşrlərin tənqidi xülasəsində “Management Today” (“İdarəetmə bu gün”) jurnalı kitabı “mövzu üzrə kitabların ən yaxşısı” adlandırıb. Jurnalda kitab barədə belə şərh verilib: “Stresin idarə edilməsi üzrə istifadəsi rahat bir vəsaitdir. İş yerindəki stresli situasiyalar sadə və lakonik şəkildə təsvir edilir. Əl altında saxlamağa dəyər”.

“Stress News” kitab haqqında belə yazmışdı: “Hərçənd kiçik bir kitabdır, amma hədsiz dərəcədə faydalı məlumat və məsləhətlər 7 fəslə sığdırılıb. Stresin idarə edilməsi və streslə bağlı konsultasiya üzrə hər hansı proqrama, sözün əsl mənasında, faydalı bir əlavədir.

Odur ki, kurs və təlim materiallarına əlavə edilə bilər”.

07.03.23 695
close

Son yeniliklər

Site by One Studio