“İdarəetmə kitabları” seriyasından Rocers Milsin “Səriştələr” kitabı müasir iş dünyasında peşəkar inkişafla bağlı tez-tez qarşılaşdığımız bir sıra problemlərə aydınlıq gətirir.
Sadə dillə desək, səriştə bir işin effektiv şəkildə yerinə yetirildiyi zaman müşahidə olunan davranış və ya hərəkətləri ifadə edir. Müəssisələr gördükləri işdə ahəngdarlığa nail olmaq, işçilərlə ədalətli davranışı təmin etmək, ünsiyyət vasitələrini gücləndirmək, maraqlı tərəflərlə münasibətləri yaxşılaşdırmaq, yüksək keyfiyyət və performans standartlarına nail olmaq üçün səriştələrdən istifadə edir. Kitab səriştələr bazasını inkişaf etdirməyin, səriştələri qiymətləndirməyin və həm işçinin, həm də müəssisənin nöqteyi-nəzərindən fayda əldə etməyin yollarını izah edir. Kitabda həmçinin səriştələr üzrə təşəbbüslərin niyə nəticə vermədiyini və öz təşəbbüsünüzün effektivliyinə əmin olmağın yollarını öyrənəcəksiniz.