“Səmərəliliyin artırılması” kitabı portalımızda!

Pərakəndə satış və maliyyə xidmətləri sahəsində əməliyyatların idarə edilməsi üzrə məsləhət xidməti göstərən Filip Holman və Derek Sninin “Səmərəliliyin artırılması”  kitabı oxucuların ixtiyarına verildi.
    
Az vəsait sərf edərək çox qazanmaq (daha az resurs hesabına daha çox satış, mənfəət və s. əldə etmək) istəyirsinizsə, müəssisənizin həyata keçirdiyi əməliyyat və prosesləri dərindən başa düşməlisiniz. Filip Holman və Derek Sninin “Səmərəliliyin artırılması” kitabı əməliyyatların 4 aspektini araşdırır:

 

  • layihələndirmə (İşlər niyə bu və ya digər formada görülür?);
  • plan (Tələbə cavab verməyin daha yaxşı yolu varmı?);
  • nəzarət mexanizmləri (Düzgün görülən işlərin keyfiyyəti ölçülürmü?);
  • təkmilləşmələrin həyata keçirilmə üsulu (Bu prosesə işçi heyətinizi, müştəri və ya təchizatçılarınızı cəlb edirsinizmi?).

 

Kitabda səmərəliliyin artırılmasının yolları 6 mərhələli model üzrə izah edilir və hər bir mərhələyə ayrıca fəsil həsr olunub. Bu kitabda irəli sürülən alət və metodların ardıcıl və sistematik tətbiqi müəssisənizin həyata keçirdiyi əməliyyat və proseslərin, o cümlədən resurslardan istifadənin həm səmərəliliyini, həm də effektivliyini artıracaq.

 

 

19.12.22 682
close

Son yeniliklər

Site by One Studio