“Səlahiyyətləndirmə” kitabı artıq portalımızda!

Beynəlxalq səviyyəli təlim mütəxəssisləri Mayk Eplqart və Kit Pozner “Səlahiyyətləndirmə” kitabı oxucuların ixtiyarına verildi.

Səlahiyyətləndirməni əksərən həvaləetmə ilə qarışıq salır və çox yanlış olaraq birinin digəri üzərində hakimiyyəti kimi qəbul edirlər. “Səlahiyyətləndirmə” kitabının müəllifləri  səlahiyyətləndirmə və lisenziya (hüquq vermək – lisenziya aidiyyəti tərəflər öz qabiliyyətini sübuta yetirdikdən və lisenziyanın tətbiq edildiyi işin əhatə dairəsi və şərtləri dəqiqləşdirildikdən sonra verilir) arasında bənzətmə yaratmağa və mövzunu bu analogiya əsasında izah etməyə üstünlük veriblər.

Kitab səlahiyyətləndirmənin məğzini izah edir, onun düzgün icra edilmə yollarını və düzgün icra edildiyi təqdirdə verdiyi faydaları oxucuların diqqətinə çatdırır. Rəhbərlər, təlimçilər, məsləhətçilər və öz işçi heyətindən maksimum nəticəni əldə etmək istəyən hər kəs bu kitabdan faydalana biləcək. Kitabın əhatə etdiyi fəsillər bunlardır: səlahiyyətləndirmə ehtiyacının müəyyənləşdirilməsi, işçilərin imkanlarının genişləndirilməsi, prosesin icrası (səlahiyyətləndirməni düzgün həyata keçirməyin 9 addımı), nəhayət, nəzarət və əks-əlaqə.

18.07.23 690
close

Son yeniliklər

Site by One Studio