“Şəbəkələşmə” kitabı artıq portalımızda! Oxuyun və effektiv münasibətlər qurmağın sirlərini öyrənin!

Ünsiyyət və sosial bacarıqlar üzrə mütəxəssis Con Uornerin “Şəbəkələşmə”  kitabı müasir dövrdə hər kəsin ehtiyac duyacağı bir vəsaitdir.  “Bu həyatda tanış olmaq və ya əlaqə yaratmaq istədiyiniz hər hansı bir şəxs sizdən cəmi 5-6 nəfərlik “ünsiyyət məsafəsi”ndədir”, – Con Uorner kitabında qeyd edir. Müəllif şəbəkələşməni həm iş, həm şəxsi həyatımızda faydalana biləcəyimiz başlıca ünsiyyət və həyat bacarığı olaraq qəbul edir.

 

Kitabda effektiv şəbəkələşmə münasibətlərinə aparan 4 mərhələdən ibarət “LINK” modeli ətraflı izah edilir: “Learning” – öyrənmə (həm özümüzün, həm də digərlərinin ehtiyacları haqqında); “Investing” – yatırım (güclü əlaqələr, münasibətlər qurmaq); “Nurturing” – inkişaf etdirmə (münasibətləri gücləndirmək); “Keeping” – qoruyub saxlama (münasibətlərin tempini qoruyub saxlamaq). Bu əsas mərhələlər üzrə irəlilədikcə müəllif effektiv şəbəkələşmə üçün vacib olan 7 başlıca səriştəni açıqlayır. Bu səriştələrə xasiyyət/xarakter, strateji planlaşdırma, mütəşəkkillik, inkişaf etdirmə qabiliyyəti, ünsiyyət bacarıqları, sosial iştirak və əzmkarlıq aiddir.

30.06.22 848
close

Son yeniliklər

Site by One Studio