“Pul axınlarının idarə edilməsi” kitabı artıq portalımızda!

“Büdcələrin idarə edilməsi” və “Balans hesabatı” kitablarının müəllifləri Enn Houkins və Klayv Törnerdən növbəti bir vəsait oxucuların ixtiyarına verildi!

 

Bizneslə bağlı bütün qərarlar bu və ya digər formada pul vəsaitlərinin hərəkətinə (yaxud pul axınlarına) təsir edir – “Pul axınlarının idarə edilməsi”  kitabı da məhz bu mövzuya həsr edilib. Kitabda izah edilir ki, bütün rəhbərlərin nağd vəsaitləri düzgün idarə edə bilməsi çox vacibdir, çünki bu, müəssisənin uğurlu fəaliyyətinə böyük təsir göstərir. Mənfəətin pul vəsaitləri ilə qarşılaşdırılması, pul axınının optimallaşdırılması, dövriyyə kapitalının idarə edilməsi kitabın əsas mövzularıdır. Qeyd edək ki, bu mövzular cədvəllər və praktiki nümunələr əsasında hərtərəfli şəkildə izah edilmişdir.

12.08.22 749
close

Son yeniliklər

Site by One Studio