“Pozitiv düşüncə tərzi” kitabı artıq portalımızda!

Təlimçi, yazar, natiq və və resursların təmin olunması üzrə mütəxəssis Duqlas Millerin “Pozitiv düşüncə tərzi”  kitabı oxucuların ixtiyarına verildi. Pozitiv olmağı öyrənmək istəyənlər üçün əvəzedilməz bir vəsaitdir.

Pozitiv olmaq qabiliyyəti genetik miras deyil. Hər şeyə görə valideynlərinizi günahlandıra bilməzsiniz!

Duqlas Miller pozitiv düşüncə tərzinin formalaşdırılması və inkişafı üzrə ixtisaslaşmışdır. O, qəti şəkildə inanır ki, həyatımıza və işimizə daha pozitiv yanaşmağın bir çox yollarını öyrənə bilərik. Müəllif bu kitabda bir sıra praktiki metod irəli sürür və tövsiyə edir ki, onların arasından hər kəsə özünə uyğun olanı seçə bilər.

“Vəziyyət və ya şəraitdən asılı olmayaraq, necə reaksiya verəcəyimizi seçə bilərik. Biz, adətən,  iş işdən keçənə qədər çox iş görməməyi seçirik... Ən  çətini – fürsətlərə uyğun addım atmağı seçməkdir! Bu isə, həqiqətən də, bizim özümüzdən asılıdır!”

27.09.22 857
close

Son yeniliklər

Site by One Studio