Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılğı ilə idarəetmə üzrə kitablar seriyasından artıq hər bir azərbaycanlı faydalana biləcək. Gündən-günə dəyişən və inkişaf edən müasir iş dünyası yeni bacarıqlar, fərqli yanaşmalar və daha təkmil üsullar tələb edir. İdarəetmə üzrə kifayət qədər təcrübəli və peşəkar müəlliflərin dilimizə tərcümə edilmiş bu kitabları müasir iş dünyasının tələblərinə cavab vermək istəyən hər kəsin əvəzedilməz vəsaitinə çevriləcək.
Ünsiyyət qaydalarından insan resurslarına qədər, maliyyənin idarə edilməsindən müştəri xidmətlərinə qədər, komandaya rəhbərlikdən əsl liderliyə qədər fərqli və geniş mövzuları əhatə edən bu kitabları həm onlayn rejimdə, həm də elektron cihazlarınıza endirərək oxuya biləcəksiniz. Bilik və bacarıqlarınızı təkmilləşdirmək, yaxud xarici təcrübəni öyrənmək üçün uzun məsafə qət etmək məcburiyyətində qalmayacaq və dəyərli vaxtınıza qənaət edəcəksiniz.
Sual və iradlarınızı, rəy və təkliflərinizi dinləməyə isə həmişə hazırıq. Yetər ki, siz öyrənmək istəyin!