"Öyrənmə ehtiyaclarının təhlili" kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından bir sıra vəsaitlərin müəllifi olaraq artıq yaxşı tanıdığımız beynəlxalq səviyyəli təlim mütəxəssisləri Con Taunsend və Pol Donovanın “Öyrənmə ehtiyaclarının təhlili” kitabı oxucuların ixtiyarına verildi. 

 

ABŞ-də aparılmış bir araşdırmanın nəticələrinə əsasən, təlimlərin 90%-i vaxt itkisidir, çünki əldə olunan nəticələr ya iş yerində tətbiq edilmir, ya təlim zəif təşkil olunur, ya da iştirakçılar öyrənməyə həvəs göstərmirlər. 

 

“Öyrənmə ehtiyaclarının təhlili” işçi heyətinizin inkişafı ilə bağlı qərarlarınızın sizin müəssisənizin strateji plan və məqsədlərinə uyğun olmasını təmin edəcək. Müəlliflər təhlil prosesini sadələşdirir və onun strateji, faydalı, karyera yüksəlişinə yol açan, hətta əyləncəli xarakter daşıya biləcəyini göstərirlər!

 

Kitab üç hissəyə bölünür: 1. Ən aktual və nəticəyönümlü təlim ehtiyaclarını müəyyən etmək üçün müəssisələrin öyrənilməsi üzrə “Altı pəncərə” metodu. 2. Öyrənmə ehtiyaclarının araşdırılması və hər bir təlim kursunun planı ilə bağlı qeydlərinizi yaza biləcəyiniz jurnal, elektron cədvəl və ya divar plakatı şəklində 10 bənddən ibarət təlim planı. 3. Prosesin hər bir addımında mükəmməl nəticə əldə etməyinizə kömək edəcək alətlər qutusu.

 

29.11.24 115
close

Son yeniliklər

Site by One Studio