“Neyrolinqvistik proqramlaşdırma – NLP” kitabı artıq portalımızda!

Həyat keyfiyyətinin yaxşılaşdırılması üzrə konsultasiya xidmətləri göstərən peşəkar təlimçi Cillian Börnün “Neyrolinqvistik proqramlaşdırma” kitabı, həqiqətən də, həyat keyfiyyətinizi yaxşılaşdıracaq!

 

İnsanların düşüncə tərzi, baş verənlərə reaksiyaları onların inancları, dəyərləri, yaşadıqları və keçmiş təcrübələrindən asılı olaraq dəyişir və fərdi xarakter daşıyır. Bəziləri bu və ya digər davranış, ya da hadisəyə digərləri ilə müqayisədə daha effektiv reaksiya verirlər. Onların bunu necə bacardığını, həmçinin öz düşüncə tərzi və inanclarınızı dəyişərək onların nümunəsinə necə əməl edəcəyinizi başa düşmək neyrolinqvistik proqramlaşdırmanın (NLP) əsasını təşkil edir. 

 

NLP sizin başqaları ilə qarşılıqlı münasibət və ünsiyyət tərzinizi təkmilləşdirəcək; özünüzə hörməti və motivasiyanızı yüksəldəcək. Faktiki olaraq, NLP iş və şəxsi həyatınızın bütün aspektlərinə müsbət təsir göstərəcək. “İdarəetmə kitabları” seriyasından “Neyrolinqvistik proqramlaşdırma” kitabı NLP-nin əsas prinsiplərini və onun həyatınızı necə dəyişdirə biləcəyini, inanc və düşüncələrinizin sizi necə məhdudlaşdırdığını və sizin onları necə dəyişdirə biləcəyinizi araşdırır. Kitabda beyinin fəaliyyətinə, dildən istifadəyə və öz resurslarınızı necə yaradacağınıza dair ayrı-ayrı fəsillər var. 

22.12.23 1315
close

Son yeniliklər

Site by One Studio