“Büdcələrin idarə edilməsi” və “Balans hesabatı” kitablarının müəllifləri Enn Houkins və Klayv Törnerdən daha bir vəsait biznes fəaliyyəti ilə məşğul olanların köməyinə çatacaq.
Mənfəət deyil, məhz mənfəətlilik biznes effektivliyinin əsas meyarıdır. Əgər müəssisənizin mənfəətliliyini ölçə bilirsinizsə, onu idarə edə və məhz hansı qərarların mənfəətliliyinizi artırdığını başa düşə biləcəksiniz.
“Mənfəətliliyin artırılması” kitabı aktivlərdən effektiv istifadə (aktiv dövriyyəsi) və xərclərin effektivliyi (satışın rentabelliyi) kimi əsas sahələrə aydınlıq gətirir. Həmçinin kapital xərclərinin qiymətləndirilməsi, “edək, yoxsa etdirək” qəralarının müəyyən edilməsi və mənfəət-xərc-satış modelindən istifadə yolları da izah olunur.
Kitabın sonunda isə maliyyə jarqonlarının aydın və dəqiq izahı ilə tanış ola biləcəksiniz.