“Mədəniyyətlərarası biznes” kitabı artıq portalımızda!

“Good Book Guide” Con Mettokun “Mədəniyyətlərarası biznes”  kitabı haqqında belə yazır: “Xarici ölkələrdə bizneslə məşğul olanlar üçün bu kitab dəyərli bir sığorta vasitəsidir. Kitabda yerli münasibətlər/baxış və düşüncə tərzi ilə bağlı nümunələr verilməklə yanaşı, beynəlxalq səviyyədə ünsiyyət və biznes sövdələşmələrinin planlaşdırılması və həyata keçirilməsi prosesi bütövlükdə edilir. “Mədəniyyətlərarası biznes” kitabı öz ölkəsindən kənarda bizneslə məşğul olan hər kəs üçün nəzərdə tutulmuşdur: müxtəlif ölkə nümayəndələrinin iştirak etdiyi konfransların təşkilindən və keçirilməsindən başlamış, rəhbər şəxslərdən ibarət çoxmillətli qruplar üçün təqdimatların keçirilməsi, yaxud xarici ölkəyə köçərək orada yerləşməyə qədər bir çox istiqamətlər əhatə olunur.

 

Kitabın başlanğıcında mədəniyyət və onun iş yerindəki davranışa təsiri ilə bağlı məsələlərə aydınlıq gətirilir, daha sonra isə mədəniyyətlərarası ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi yolları izah edilir. Nəhayət, kitabın sonunda Avropa, Şimali Amerika, ərəb dünyası və digər mədəniyyətlərə ayrıca bir fəsil həsr edilir. “Amazon.co.uk” səhfəsində bu kitab barədə belə yazılır: “Bu balaca vəsait çox qiymətli bir incidir. Hər şey aydın izah edilib, oxunaqlıdır və istifadəci olduqca asandır”. 

25.08.22 731
close

Son yeniliklər

Site by One Studio