“Layihənin idarə edilməsi” kitabı artıq portalımızda!

Bir sıra təkmilləşmə və inkişaf layihələrini idarə etmiş mütəxəssis və peşəkar təlimçilər Kit Pozner və Mayk Eplqartın “Layihənin idarə edilməsi”  kitabı oxucuların ixtiyarına verildi.


 “Layihənin idarə edilməsi” kitabı layihənin planlaşdırılmasından başlayaraq icrasının tamamlanmasına qədər onun necə idarə edilməsini addım-addım izah edir. Hər bir əsas mərhələ araşdırılır və müvafiq idarəetmə üsulları müəyyən edilir. Məqsədlərin müəyyən edilməsindən başlamış, layihənin icrasına qədər olan bütün mərhələlərdə effektiv ünsiyyətin, komanda işinin və təsiretmə bacarıqlarının əhəmiyyəti vurğulanır.
 
 Bu mövzuda yazılmış kitabların əksəriyyətində müəlliflər yalnız layihənin idarə edilməsi prosesini işıqlandırır və insan resursları məsələsinə toxunmurlar. Bu kitabda isə hər iki aspekt ətraflı işıqlandırılmışdır.

25.10.22 854
close

Son yeniliklər

Site by One Studio