Münasibətlərin qurulması, şəxslərarası ünsiyyət, şəxsi bacarıqların inkişaf etdirilməsi və liderlik üzrə mütəxəssis, təcrübəli kouç və təlimçi Fiona Elza Dentin “İş münasibətləri” kitabı oxucuların ixtiyarına verildi.
Avropanın 20 ən qabaqcıl biznes məktəblərindən biri olan Eşric Biznes Məktəbində “İş münasibətlərinin yaradılması” proqramının rəhbəri kimi, Fiona Dent insanlar üçün birikdə effektiv şəkildə işləməyin nə dərəcədə vacib olduğunu yaxşı bilir.
Bu kitabda (müəllif bu seriya daxilində həm də liderlik və özünüinkişaf mövzularında da kitablar yazmışdır) F. Dent konstruktiv iş münasibətlərini qurmağın, inkişaf etdirməyin və qoruyub saxlamağın yollarını izah edir. “Müəssisədə tutduğunuz mövqedən, vəzifənizdən, peşənizdən və ya milliyyətinizdən asılı olmayaraq”, – müəllif qeyd edir, – qazanacağınızın uğurun böyük qismi ətrafınızdakı insanlarla effektiv münasibət qurmaq qabiliyyətinizdən asılı olacaq”.
Kitabda bu cür münasibətləri qurmağın, inkişaf etdirməyin və qoruyub saxlamağın üsulları təsvir edilir. Münasibətlərə yol açan və inkişaf etdirən (dürüstlük, səmimilik, empatiya, hörmət və etimad) və mane olan xüsusiyyətlər (qısqanclıq, təkəbbür, maraqların toqquşması və yanlış anlama) izah edilir.
Oxucular bu kitab sayəsində özlərinin işdəki münasibətlərinə yanaşma tərzlərini başa düşəcək və bu yolla, başqalarının yanaşma tərzləri ilə özlərininki arasındakı fərqləri müəyyən edərək və başa düşərək öz davranışlarını müvafiq şəkildə tənzimləyəcəklər.
Onların bu zaman tətbiq edəcəkləri şəxslərarası ünsiyyət bacarıqları münasibətlərin effektiv şəkildə qurulmasının əsasını təşkil edir.