Mövzu
Dövlət və özəl sektorlarda işəqəbul məqsədilə qiymətləndirmə mərkəzlərindən istifadə getdikcə artmaqdadır. Onların düzgün idarə edilməsi üçün xeyli vaxt və səy tələb olunsa da, qiymətləndirmə nəticəsində daha səhih, obyektiv və ədalətli işəqəbul baxımından bir sıra üstünlüklər təmin edilir. Bu kitab qiymətləndirmə mərkəzləri ilə maraqlanan və məşğul olan hər kəs üçün nəzərdə tutulub.
Təşkilatçı və ya qiymətləndirici kimi çıxış etdiklərindən asılı olmayaraq, buraya həm İR məsələləri üzrə rəhbərlər, həm də xətti rəhbərlər daxildir. Kitab sizə aşağıdakıları başa düşməkdə kömək edəcək: qiymətləndirmə mərkəzləri nədir; hansı faydaları verir; seçim prosesi ilə necə uyğunlaşır; mərkəzlər necə planlaşdırılır, tərtib edilir və idarə edilir; mərkəzlərin effektivliyi və iqtisadi cəhətdən səmərəliliyi necə təhlil edilir.
Kitabı qiymətləndirmə mərkəzinin təşkil edilməsi və icra prosesi boyunca “stolüstü köməkçi”nizə çevirməklə çoxsaylı faydalı ipucu və məsləhətlərdən faydalanacaq, tez-tez rast gəlinən səhvlərdən yayınacaqsınız.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
2009
Səhifə sayı
112
Kateqoriya
Tərcüməçi
Günay Rəhimova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov