“Pocketbook” layihəsinin təqdimatı keçirildi!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, “SOCAR Türkiyə” və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə həyata keçirilən “Pocketbook” layihəsi və saytının təqdimatı, həmçinin sahibkarlarla görüş keçirilib.

 

Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, “SOCAR”-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, “SOCAR Türkiyə”-nin Neft Emalı və Petrokimya Qrupu üzrə Baş Maliyyə direktoru Elçin İbadov çıxış edib və layihə haqqında məlumat veriblər. Daha sonra “SOCAR Türkiyə”-nin Rəqəmsal Transformasiya Qrup müdürü Səməd Səfərov layihənin məqsədi və məzmunu haqqında təqdimat göstərib və saytın canlı nümayişini həyata keçirib.

 

20-dən çox sahibkarın və media nümayəndələrinin iştirak etdiyi tədbirdə “Pocketbook” layihəsinin müəssisələrin idarə edilməsində və kadrların əmək fəaliyyətinin stimullaşdırılmasında faydalı olacağı vurğulanıb.

 

Tədbirdən fotoşəkilləri və video reportajları aşağıdaki keçidlərdə izləyə bilərsiniz:

 

AZTV - https://www.youtube.com/watch?v=ZmM-NdbPkjc&ab_channel=AZPROMOPR

 

İTV - https://www.youtube.com/watch?v=emg-ATvdCa4&ab_channel=AZPROMOPRAZPROMOPR

16.06.21 683
close

Son yeniliklər

Site by One Studio